Müasir təhsil sistemində milli təhlükəsizlik və vətənpərvərlik tərbiyəsi komponentləri strateji əhəmiyyət daşıyır. Bu kontekstdə “Gənclərin çağırışaqədərki hazırlığı” fənni yalnız hərbi biliklərin mənimsədilməsi ilə məhdudlaşmır, eyni zamanda gənclərin sosial, psixoloji, fiziki və mənəvi inkişafını da təmin edən kompleks bir tədris istiqamətidir. Məqalədə çağırışaqədərki hazırlığın tədris prosesində müasir pedaqoji metodların – interaktiv, layihə əsaslı, problem yönümlü və simulyasiya əsaslı təlim strategiyalarının tətbiqi, onların səmərəliliyinin qiymətləndirilməsi və təhsil prosesinə inteqrasiyası məsələləri araşdırılır. Araşdırmanın məqsədi gənclərin çağırışaqədərki hazırlığı fənnində müasir tədris metodlarının effektiv tətbiq mexanizmlərini müəyyənləşdirmək, bu metodların təlim nəticələrinə, şagird motivasiyasına, eləcə də sosial və psixoloji inkişaf göstəricilərinə təsirini elmi əsaslarla izah etməkdir. Tədqiqatda metodoloji baza kimi müasir tədris nəzəriyyələri, sosial öyrənmə modeli (A. Bandura), fəal təlim konsepsiyası, həmçinin Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi tərəfindən təsdiqlənmiş “Ümumi təhsil müəssisələrində Gənclərin çağırışaqədərki hazırlığı” kurikulumu əsas götürülmüşdür. Məqalədə qeyd olunur ki, ənənəvi müəllim-mərkəzli təlim yanaşması müasir gənclərin maraq və ehtiyaclarını tam qarşılamadığından, bu fənnin tədrisində aktiv iştirak, təcrübə yönümlü öyrənmə və rəqəmsal resursların tətbiqi zəruridir. Problem əsaslı öyrənmə, layihə əsaslı iş, case-study və simulyasiya modelləri şagirdlərin liderlik bacarıqlarını, qərarvermə və məsuliyyət hissini formalaşdırır, vətənpərvərlik və sosial həmrəylik dəyərlərini gücləndirir.
M.V. Eyvazzadə (Thu,) studied this question.