Tədqiqatın əsas məqsədi müxtəlif yaşlı yenidoğulanlarda perinatal infeksiyar zamanı mərkəzi sinir sisteminin (MSS-nin) zədələnmələrin bir sıra immunpatoloji dəyişikliklər ilə korrelyativ əlaqələrin təyin olunmasıdır. Korrelyasiya analizinin aparılması perinatal infeksiyalı yenidoğulanlarda kompleks immunopatoloji qarşılıqlı təsirləri aşkar etdi. Perinatal infeksiyalı yenidoğulanlarda MSS-nin zədələnməsi ağırlaşmış antenatal anamnezlə, anemiya, antropometrik göstəricilər, hiperbilirubinemiya, tənəffüs, ürək-damar, sidik-cıxarıçı sistemlərinin pozqunluqları arasında korrelyativ əlaqənin mövcudluğunu göstərir. Neyronspesifik enolaza ilə iltihabönü sitokinlərin düzünə korrelyasiyası və iltihab-əleyhinə sitokinlərlə əks əlaqəsi sinir və immun sistemlərinin qarşılıqlı əlaqə və təsirini əks etdirir.
N.C. Rəhimova (Thu,) studied this question.