Nekrotik enterokolit neonatal dövrün təhlükəli xəstəliyi olaraq, yüksək ölüm faizinə və qeyri müəyyən patofiziologiyaya malikdir. Xəstəlik qastrointestinal traktında inkişaf edərək, yüksək iltihabi cavabla səciyyələnərək, bakterial kolonizasiyanı pozur və selikli qişanı zədələyir. Məqalədə vaxtında doğulanlarda nekrotik enterokolitin gedişinin xüsusiyyətləri və bu xəstəliyin inkişafına səbəb olan risk faktorları nəzərdən keçirilir. Ədəbiyyat materiallarının analizi nəticəsində belə qənaətə gəlmək olur ki, NEK multifaktorlu etiologiyaya malik xəstəlikdir və multisistem orqan çatmamazliğının nəticəsidir. Perinatal işemik zədələnmə, mikrobial disbioz və yüksək intestinal iltihabi cavab xəstəliyin əsas faktorlarıdır.
N.C Quliyev (Thu,) studied this question.