Son illərin ədəbiyyat qaynaqlarından bəhrələnərək, mukovissidozlu xəstələrin həyat keyfiyyətinin yaxşılaşdırılmasına və yaşam müddətinin uzadılmasına istiqamətlənən yeni strategiyaların təhlili aparılmışdır. Bu kontingentin nəzarət taktikasında müasir mövqelər əksini tapmışdır: populyasiyada neonatal skrininq və mutasiya daşıyıcısı olan evli cütlüklərdə heteroziqot skrininq; antibakterial və iltihab əleyhinə kompleks müalicənin erkən tədbiq edilməsi; MV mərkəzlərinin daxilində və kənarında gigiyenik tədbirlərin effektli aparılmasının təmin olunması; pasientlərin qeydiyyatı və registrlərin hazırlanması. MB-un birincili profilaktikasının mümkünsüzlüyü, ikincili profilaktik tədbirini, yəni doğuşdan öncə və neonatal diaqnostikanı zəruri edir.
S.M. Qasımova (Thu,) studied this question.