Müasir vəziyyət mükovissidozlu xəstələrin həyat keyfiyyətini artırmaq üçün yeni strategiyaların effektivliyini göstərir.
Son illərin ədəbiyyat qaynaqlarından bəhrələnərək, mukovissidozlu xəstələrin həyat keyfiyyətinin yaxşılaşdırılmasına və yaşam müddətinin uzadılmasına istiqamətlənən yeni strategiyaların təhlili aparılmışdır. Bu kontingentin nəzarət taktikasında müasir mövqelər əksini tapmışdır: populyasiyada neonatal skrininq və mutasiya daşıyıcısı olan evli cütlüklərdə heteroziqot skrininq; antibakterial və iltihab əleyhinə kompleks müalicənin erkən tədbiq edilməsi; MV mərkəzlərinin daxilində və kənarında gigiyenik tədbirlərin effektli aparılmasının təmin olunması; pasientlərin qeydiyyatı və registrlərin hazırlanması. MB-un birincili profilaktikasının mümkünsüzlüyü, ikincili profilaktik tədbirini, yəni doğuşdan öncə və neonatal diaqnostikanı zəruri edir.
No takes yet. Share an insight, caveat, or question.
S.M. Qasımova (2018) studied this question.
Synapse has enriched 5 closely related papers on similar clinical questions. Consider them for comparative context: