Tədqiqatın məqsədi diferensə olmayan birləşdirici toxuma displaziyasının klinik fenotipik əlamət dərəcəsinə əsasən əzələ sistemində baş verən metabolik dəyişikliklərin öyrənilməsindən ibarətdir. Tədqiqatımızın aparılması üçün birləşdirici toxuma displaziyası sindromu olan 52 nəfər uşaq tədqiqata cəlb edilmiş və onlarda [35 oğlan və 17 qız] displaziyanın klinik-fenotipik əlamətləri müəyyənləşdirilərək yaşla inkişaf dinamikası öyrənilmiş və birləşdirici toxumanın ağırlıq dərəcəsindən asılı olaraq nəticələr 3 qrupa bölünmüşdür.Birləşdirici toxumanın ağırlıq dərəcəsi ilə metabolik biomarkerlərin klinik göstəriciləri arasında dürüst korrelyasiya əlaqələri mövcuddur.Bu göstəricilərin təyin edilməsi erkən tibbi yardımın göstərilməsinə və gələcək ağırlaşmaların qarşısının alınmasına imkan verir.
No takes yet. Share an insight, caveat, or question.
K.N. Əhmədli (2018) studied this question.
Synapse has enriched 5 closely related papers on similar clinical questions. Consider them for comparative context: