Tədqiqatın məqsədi perinatal asfiksiya keçirmiş yenidoğulanlarda mərkəzi sinir sisteminin hipoksik-işemik zədələnmələrinin neyrokimyəvi aspektlərini müəyyən etməkdən ibarətdir. Tədqiqatın material və metodları: Tədqiqata perinatal asfiksiya keçirmiş, erkən neonatal dövrdə reaniasiya intensiv terapiya şöbəsinə daxil olmuş 90 vaxtından əvvəl və 32 vaxtında doğulan uşaq cəlb edilmişdir. Nəzarət qrupuna 14 şərti sağlam vaxtından əvvəl doğulmuş və 16 vaxtında doğulmuş uşaq müayinə olunmuşdur. İmmunkimyəvi göstəricilərin (BDNF, VE GF, NSE) səviyyəsi dinamikada 1-3, 5-7, 14-15 və 28-30-cu günlər təyin edilmişdir. Hestasiya yaşına görə bütün müayinə olunan uşaqlar 4 qrupa bölünmüşdir: 1-ci qrupa hestasiya yaşı 28-31 arasında olan 24 uşaq, 2-ci qrupa hestasiya yaşı 32-34 həftə arasında olan 36 uşaq, 3-cü qrupa hestasiya yaşı 35-37 olan həftə arasında olan-30 uşaq, 4-cü qrupa 38-41 hestasiya həftə arasında olan 32 uşaq aid edilmişdir. Bu uşaqlar klinik, neyrosoqrafik, immunkimyəvi müayinəyə cəlb olunmuşlar. Anamnestik məlumatlar ətraflı təhlil olunmuşdur. MSS-nin hipoksik-işemik zədələnmələri olan yenidoğulanlarda BDNF, VEGF və NSE-nin qan zərdabındakı konsentrasiyası dinamikada uşağın hestasiya yaşından və neyrosonoqrafik nəticələrdən asılı olaraq müəyyən edilmişdir. Aparılan tədqiqatlar nəticəsində MSS-nin hipoksik-işemik zədələnmələri zamanı brain-derived neurotrophic factor (BDNF), vascular endotheliar grown factor (VEGF) və neyrospesifik enolazanın (NSE) erkən diaqnostik və proqnostik rolu sübuta yetirilmişdir.
No takes yet. Share an insight, caveat, or question.
A.S. Hacıyeva (2018) studied this question.
Synapse has enriched 5 closely related papers on similar clinical questions. Consider them for comparative context: