Tədqiqatın məqsədi perinatal asfiksiya keçirmiş vaxtından əvvəl doğulan uşaqlarda NEK zamanı iltihabönü və iltihabəleyhinə sitokinlərin klinik əhəmiyyətini öyrənməkdən ibarətdir. Tərəfimizdən neonatal dövrdə 92 vaxtından əvvəl doğulan uşaq üzərində araşdırma aparılmışdır. Əsas qrupda 72 perinatal asfiksiya kecirmiş vaxtından əvvəl doğulan uşaq NEK-in mərhələlərinə görə 3 qrupda təhlil olunmuşdur. Müqayisə qrupunu neonatal sepsis (NS) diaqnozu qoyulmuş 20 uşaq təşkil etmişdir. Hal-hazırda vaxtından əvvəl doğulmuş uşaqlarda NEK-in erkən diaqnostikasında əsas rolu sitokinlər tutur. Tədqiqatımıza əsaslanaraq qeyd etmək olar ki, NEK-in ağırlıq dərəcəsinin, mərhələlərinin müəyyənləşdirilməsində interleykinlər arasında İL-1β və İL-10-un daha informativ olduğu məlum olmuşdur. TNF- ∝-nın konsentrasiyası ən yüksək səviyyəyə NS zamanı çatmışdır. Beləliklə, sitokinlərin təyini müxtəlif hestasiya yaşlı vaxtından əvvəl doğulan uşaqlarda NEK-in gedişinin, infeksion prosesin ağırlığının proqnozlaşdırılmasına imkan yaradır.
A.M. Rüstəmxanlı (Thu,) studied this question.
Synapse has enriched 5 closely related papers on similar clinical questions. Consider them for comparative context: