Bu məqalədə İkinci Qarabağ müharibəsindən sonra 2020–2024-cü illərdə Ermənistanın daxili siyasi, iqtisadi və sosial vəziyyətində baş verən proseslər təhlil edilir. Tədqiqatın əsas məqsədi müharibənin nəticələrinin ölkədaxili idarəetmə sisteminə, iqtisadi fəaliyyətə və ictimai münasibətlərə təsirini mövcud mənbələr əsasında qiymətləndirməkdir. Araşdırmada analitik-təsviri yanaşmadan istifadə olunmuş, beynəlxalq media materialları, statistik məlumatlar və elmi tədqiqatlar müqayisəli şəkildə nəzərdən keçirilmişdir. Təhlil göstərir ki, müharibədən sonra siyasi müzakirələr və institusional dəyişikliklər intensivləşmiş, iqtisadi sahədə isə uyğunlaşma tədbirləri, o cümlədən təkrar ixrac əməliyyatlarının genişlənməsi diqqətə çıxmışdır. Sosial müstəvidə məşğulluq, miqrasiya və müharibənin humanitar nəticələri ilə bağlı məsələlər aktuallaşmışdır. Ümumilikdə, bu dövrdə baş verən dəyişikliklər Ermənistanın daxili inkişaf dinamikasına və Cənubi Qafqaz regionunda formalaşan yeni geosiyasi şəraitə təsir göstərmişdir.
Building similarity graph...
Analyzing shared references across papers
Loading...
İradə əliyeva (Sat,) studied this question.
synapsesocial.com/papers/69a286eb0a974eb0d3c02476 — DOI: https://doi.org/10.46868/atdd.2026.1042
İradə əliyeva
Akademik Tarih ve Dusunce Dergisi
Building similarity graph...
Analyzing shared references across papers
Loading...