Bu məqalədə Azərbaycan qəhrəmanlıq eposu “Koroğlu”nda Gürcüstan faktorunun folklor kontekstində təzahürü araşdırılır. Tədqiqat göstərir ki, dastanın müxtəlif variantlarında Gürcüstanla bağlı məkan adları, süjet xətləri və motivlər sistemli şəkildə yer alır. Tiflis və ətraf bölgələrin təsviri yalnız coğrafi fon yaratmır, həm də Azərbaycan–gürcü münasibətlərinin mədəni yaddaşda necə formalaşdığını əks etdirir. Borçalı mühiti və tarixi qonşuluq münasibətləri epik mətnin strukturunda qarşılıqlı etimad və birgəyaşayış ideyası ilə təqdim olunur. Eyni zamanda, “Koroğlu”nun gürcü yazılı ədəbiyyatına təsiri nəzərdən keçirilir; poeziya, nəsr və dramaturgiyada bu obrazın transformasiyası müqayisəli şəkildə dəyərləndirilir. Nəticə olaraq, eposun regional yayılması ortaq folklor arealının formalaşmasında mühüm rol oynamışdır.
Müşfiq Çobanov (Sun,) studied this question.