Xülasədə uşaqlarda anadangəlmə patologiyalar arasında ürəyin birləşdirici toxumasının displaziyasnın differensasiya olunmamış formasının kardiovaskulyar sistemlə bağlı əmələ gələn halları - ürəyin kiçik inkişaf anomaliyalarına aid müasir məlumatlar təqdim edilmişdir. Bu problemin praktikada ən çox rast gəlinən variantlarına-sol atrioventrikulyar dəliklə (mitral qapağın prolapsı), sol mədəciklə (sol mədəciyin anomal xorda və trabekulası), qulaqcıqlararası çəpərlə (açıq oval dəlik) və magistral damarlarla bağlı (bikuspid aortal qapaq) anomaliyaların dövrü ədəbiyyatda öyrənilməsinə həsr olunmuş tədqiqat işlərinin nəticələri təhlil edilmişdir. İcmalda olan məlumatlardan birləşdirici toxumanın irsi displaziyası olan uşaqlarda ürəyin kiçik quruluş anomaliyalarının gedişatını, həmçinin müxtəlif yaşlı uşaqlarda preventiv müalicə-profilaktik tədbirlərin vaxtında keçirilməsi üçün uşaq kardioloqları tərəfindən istifadə edilə bilər.
M.M. Fətəliyeva (Thu,) studied this question.