Fiziki keyfiyyətlərin inkişaf səviyyəsini müəyyənləşdirən yüksək fiziki hazırlıq fəaliyyətin bütün sahələrində - tədris, əmək, əlbəttəki, idmanda işgörmə qabiliyyətin əsası sayılır. Hazırda müəyyən edilmişdir ki, hər bir fiziki keyfiyyətlərin quruluşu həddindən artıq mürəkkəb olub, qabiliyyətin bu və ya digər qrupuna daxil olan komponentlər hər bir şəxsdə (fərddə) eyni olmur. Belə ki, koordinasiya qabiliyyətinin əsas komponentləri səmtləşməyə, dəqiq qavramaya, məkan fərqiliyinə, hərəkətin ritminə olan hissiyyatın qüvvə və zaman parametrlərinə, hərəki fəaliyyətin yenidən quruluşuna, eyni zamanda əzələlərin sərbəst boşalmasına, vestibulyar aparatın dayanıqlığına və müvazinətin saxlama qabiliyyətinə aiddir. Koordinasiya qabiliyyətinin yüksək səviyyəsi – hərəki fəaliyyətin yeni növlərinin qavranması üçün əsas bünövrədir (bazadır). Hərəki fəaliyyətin, xüsusən idmanda, qavrama prosesi kifayət qədər müvəffəqiyyətlə gedir, əgər məşğul olanın yüksək inkişaf etmə qabiliyyəti varsa, o, icra etdiyi hərəkətlərlə özünü və bədənini idarə edə bilər.
dos. L.N. Sadıqova (Thu,) studied this question.