Bu məqalədə hərbi qulluqçuların fiziki hazırlığında dözümlülük və güc göstəricilərinin inkişafı məsələsi kompleks şəkildə elmi, pedaqoji və metodik baxımdan araşdırılır. Fiziki hazırlıq ordunun döyüş qabiliyyətinin mühüm tərkib hissəsi olmaqla, şəxsi heyətin orqanizmini yüksək gərginlikli şəraitə uyğunlaşdırmaq, iradə gücü, psixoloji sabitlik və kollektiv məsuliyyət hissini formalaşdırmaq məqsədi daşıyır. Müasir dövrdə hərbi hazırlığın effektivliyi yalnız texniki avadanlıqlardan deyil, eyni zamanda şəxsi heyətin fiziki keyfiyyətlərindən – dözümlülük, güc, çeviklik və sürət kimi göstəricilərin səviyyəsindən asılıdır. Məqalədə dözümlülüyün və gücün inki-şafı üçün tətbiq olunan əsas metodik yanaşmalar – mərhələlilik, sistemlilik, tədricilik, fərdilik və təkrarlanma prinsipləri əsasında təhlil olunur. Tədqiqatda göstərilir ki, dözümlülüyün artırılması üçün aerob və anaerob tipli məşqlərin balanslaşdırılmış şəkildə tətbiqi, gücün inkişafı üçün isə dinamik və statik hərəkətlərin kombinasiyası mühüm əhəmiyyət daşıyır. Bununla yanaşı, təlim prosesində psixoloji hazırlığın, bərpa mərhələsinin və düzgün qidalanmanın fiziki inkişafla birgə planlaşdırılması vacib sayılır. Məqalədə həmçinin vurğulanır ki, dözümlülük və güc göstəricilərinin formalaşması yalnız fiziki yüklənmələrin nəticəsi deyil, həm də məqsədyönlü pedaqoji rəhbərlik, motivasiya və intizamın birgə təsiri ilə mümkün olur. Nəticə olaraq, sistemli və elmi əsaslı metodikanın tətbiqi hərbi qulluqçuların döyüşə hazırlıq səviyyəsini, mənəvi dayanıqlığını və ümumi xidmət performansını əhəmiyyətli dərəcədə yüksəldir.
Building similarity graph...
Analyzing shared references across papers
Loading...
E.S. Cabbarov
Azerbaijan State Marine Academy
Building similarity graph...
Analyzing shared references across papers
Loading...
E.S. Cabbarov (Thu,) studied this question.
www.synapsesocial.com/papers/69fd7e5cbfa21ec5bbf0696c — DOI: https://doi.org/10.28942/snsa.v7i4y2025.641