Bu məqalədə orduda fiziki hazırlığın pedaqoji əsasları elmi - pedaqoji baxımdan araşdırılır və onun şəxsi heyətin döyüş qabiliyyətinin, mənəvi - psixoloji dayanıqlığının, nizam-intizamının və tərbiyə səviyyəsinin yüksəldilməsində rolu təhlil olunur. Müasir hərbi təlim sistemində fiziki hazırlıq sadəcə idman fəaliyyəti və ya bədən tərbiyəsi prosesi kimi deyil, həm də əsgərin şəxsiyyətinin formalaşmasına, mənəvi keyfiyyətlərinin möhkəmlənməsinə və kollektiv məsuliyyət hissinin yaranmasına xidmət edən pedaqoji proses kimi nəzərdən keçirilir. Araşdırmada göstərilir ki, fiziki hazırlığın əsas məqsədi orduda fiziki gücü, çevikliyi və dözümlülüyü artırmaqla yanaşı, şəxsi heyətin iradə, özünəinam, liderlik və emosional sabitlik kimi mənəvi-psixoloji keyfiyyətlərini də inkişaf etdirməkdir. Bu məqsədə çatmaq üçün pedaqoji prosesdə sistemlilik, ardıcıllıq, fərdi yanaşma və motivasiya prinsiplərinə əsaslanmaq vacibdir. Fiziki hazırlığın planlaşdırılması, tədrisi və qiymətləndirilməsi mərhələlərində pedaqoji idarəetmə mexanizmlərinin tətbiqi, müəllim və təlimçi heyətinin peşəkar səriştəliliyi, eləcə də humanist yanaşma modeli mühüm rol oynayır. Məqalədə həmçinin fiziki hazırlığın motivasiyaedici mühitdə aparılmasının, fərdi inkişafın izlənməsinin və formativ qiymətləndirmənin tətbiqinin üstünlükləri vurğulanır. Tədqiqat nəticəsində müəyyən edilir ki, orduda fiziki hazırlığın pedaqoji əsaslarla qurulması təkcə döyüş qabiliyyətini deyil, həm də şəxsi heyətin mənəvi və sosial məsuliyyət hissini gücləndirir. Nəticə etibarilə bu proses müasir Azərbaycan Ordusunda yüksək intizamlı, peşəkar, mənəvi cəhətdən möhkəm və dövlətinə sadiq hərbi qulluqçu modelinin formalaşmasına xidmət edir.
Building similarity graph...
Analyzing shared references across papers
Loading...
A.T. Ələkbərov
Herman Miller (United States)
Building similarity graph...
Analyzing shared references across papers
Loading...
A.T. Ələkbərov (Thu,) studied this question.
www.synapsesocial.com/papers/69fd7e23bfa21ec5bbf0653a — DOI: https://doi.org/10.28942/snsa.v7i4y2025.647
Synapse has enriched 5 closely related papers on similar clinical questions. Consider them for comparative context: