Məqalə orduda fiziki hazırlığın idarəolunması, qiymətləndirilməsi və monitorinqinin sistemli yanaşma əsasında təşkili-nin elmi-pedaqoji əsaslarını təhlil edir. Müasir ordu strukturunda fiziki hazırlıq yalnız şəxsi heyətin döyüş qabiliyyətinin artırılmasına deyil, həm də onun psixoloji dayanıqlığı, intizamı və idarəetmə mədəniyyətinin formalaşmasına xidmət edir. Bu səbəbdən fiziki hazırlığın keyfiyyət göstəricilərinin dəqiq ölçülməsi, nəticələrin obyektiv təhlili və davamlı monitorinq sisteminin qurulması mühüm əhəmiyyət kəsb edir. Tədqiqatda qeyd olunur ki, orduda fiziki hazırlığın qiymətləndirilməsi yalnız normativ nəticələrin müqayisəsi ilə məhdudlaşmamalıdır; bu prosesdə fərdi inkişaf dinamikası, bərpa potensialı, motivasiya səviyyəsi və sosial-psixoloji faktorlar da nəzərə alınmalıdır. Məqalədə fiziki hazırlığın monitorinq sistemi üç mərhələdə – ilkin diaqnostika, mütəmadi nəzarət və yekun qiymətləndirmə mərhələləri üzrə təhlil olunur. Eyni zamanda, müəllif müasir texnologiyalar (rəqəmsal platformalar, biometrik analiz sistemləri, geyilə bilən sensorlar) vasitəsilə fiziki göstəricilərin operativ toplanması və analitik hesabatların hazırlanmasının orduda idarəetmənin səmərəliliyinə təsirini izah edir. Araşdırma nəticəsində belə qənaətə gəlinir ki, müasir monitorinq sistemi yalnız hesabat xarakteri daşımamalı, həm də təlim prosesinin planlaşdırılması və fərdi hazırlıq proqramlarının tənzimlənməsi üçün idarəetmə alətinə çevrilməlidir. Bu yanaşma orduda fiziki hazırlığın elmi əsaslarla idarə olunmasına, fərdi potensialın optimal inkişafına və ümumi döyüş hazırlığının artırılmasına imkan yaradır.
Building similarity graph...
Analyzing shared references across papers
Loading...
F.R. Mikayilov
Herman Miller (United States)
Building similarity graph...
Analyzing shared references across papers
Loading...
F.R. Mikayilov (Thu,) studied this question.
www.synapsesocial.com/papers/69fd7ef7bfa21ec5bbf07492 — DOI: https://doi.org/10.28942/snsa.v7i4y2025.648