Bronxoektaziya xroniki tənəffüs sistemi xəstəliyi olub, təkrarlayan və ağır gedişli infeksiyaların inkişafı üçün əlverişli zəmin yaradır. Məqalədə bronxoektaziyalı pasiyentdə Klebsiella pneumoniae tərəfindən törədilmiş pnevmoniyanın etiologiyası, patogenezi, klinik xüsusiyyətləri, diaqnostik yanaşmaları və müalicə prinsipləri klinik hal əsasında təhlil edilmişdir. Qram-mənfi kapsullu bakteriya olan Klebsiella pneumoniae-nin yüksək virulentliyi və antibiotiklərə davamlılıq potensialı bronxoektaziya fonunda infeksiyanın ağır klinik gedişinə səbəb ola bilər. Erkən diaqnostika və mikrobioloji nəticələrə əsaslanan məqsədyönlü antibakterial terapiya xəstəliyin proqnozunun yaxşılaşdırılmasında əsas rol oynayır.
Z.Ş. Mürsəlova (Thu,) studied this question.