Annotasiya. İdman təşkilatlarının idarə edilməsi məsələlərinin nəzərdən keçirilməsi onların səmərəli fəaliyyətini təmin etmək üçün vacibdir. Bu məqalədə Azərbaycan Gimnastika Federasiyasının (AGF) idarə edilməsi üzrə nəzəri təhlil və praktiki tövsiyələrin işlənib hazırlanması həyata keçirilir. İşin məqsədi AGF‑nin idarəetmə sisteminin inkişaf etdirilməsi, həmçinin fəaliyyətinin səmərəliliyinin artırılmasıdır. Tədqiqat AGF‑nin daxili və xarici mühitinin kompleks təhlili, həmçinin idman təşkilatının idarə edilməsinin xüsusiyyətlərinin aşkara çıxarılması yanaşmasını təmsil edir. Bu, inkişaf strategiyasının formalaşdırılması üzrə tövsiyələrin işlənib hazırlanmasına imkan yaradır ki, bunlar AGF‑nin fəaliyyətinin səmərəliliyinin artırılması üçün istifadə edilə bilər. Bu tövsiyələrin səmərəliliyinin qiymətləndirilməsi onların korrektə edilməsi və yaxşılaşdırılması üçün tədbirlərin qəbul edilməsinə imkan verəcəkdir. İşin hipotezi idman menecmenti və marketinq vasitələrinin tətbiqinin AGF‑nin fəaliyyəti və yarışların təşkili səmərəliliyini artıra biləcəyini nəzərdə tutur. Tədqiqatın nəzəri əsası idman menecmenti və idman təşkilatının strateji idarə edilməsi sahəsində alimlərin əsərlərinə əsaslanır. İşin praktik əhəmiyyəti ondan ibarətdir ki, işlənib hazırlanmış tövsiyələrin AGF‑nin işinin yaxşılaşdırılması və qarşıya qoyulan məqsədlərə nail olunması üçün tətbiq olunması mümkündür.
No takes yet. Share an insight, caveat, or question.
N.M. Kələntərli (2024) studied this question.
Synapse has enriched 5 closely related papers on similar clinical questions. Consider them for comparative context: