PulseExploreJournal ClubDebatesTrendingResearchersJournals
Instagram
HomeExploreJournal ClubTrending
Synapse
⌘+K
Synapse
April 23, 20260 citations

Futbolçu Məşqi̇ni̇n İlli̇k Mərhələləri̇ndə Bədəni̇n Tərki̇b Hi̇ssələri̇ni̇n Bi̇oi̇mpedans Anali̇z Göstəri̇ci̇ləri̇ni̇n Dəyi̇şmə Di̇nami̇kasi Və Tədqi̇qi̇

NRN.M. Rəhimova

Key Points

  • The research aims to investigate how football training phases affect body composition indicators, particularly through bioimpedance analysis.
  • Utilized bioimpedance analysis to measure muscle mass, fat percentage, and water levels in athletes.
  • Analyzed data to assess changes throughout annual training phases in football.
  • Compared physiological effects between male and female athletes.
  • Identified significant changes in muscle mass and fat percentage during different training phases.
  • Observed variations in body water levels correlating with training intensity, suggesting adaptation effects.
  • Found differences in body composition impacts between male and female athletes.

Abstract

Futbol dünyada ən çox bilinən idman oyunlarından biridir. Bu idman oyunu iki komanda arasında, hər bir komandada 11 oyunçu olmaqla aparılır. Qapıçıdan başqa (qapıçı yalnız cərimə meydançasında əllərindən istifadə edərək topu saxlaya bilər) digər oyunçuların topa əlləri, qolları vasitəsilə toxunması oyun qaydalarını pozan haldır. Məlumdur ki, məşq, oyun zamanı idmançının bədənində bir sıra dəyişikliklər müşahidə edilir. Bu hallar psixoloji, bioloji, fizioloji kimi hallar ola bilər. Yarışdan öncə idmançının stressə girməsi, yarış zamanı idmançının bədənində baş verən aerob, anaerob proseslər və başqa-başqa dəyişikliklər müşahidə edilir. Bu dəyişikliklərin hər hansı bir patoloji prosesdən qaynaqlı olub-olmadığını bilmək həm idmançı, həm məşqçi, həm də tibbi heyət üzvləri üçün önəmli olmalıdır. Məhz bu səbəbdən də idmançının bədənində baş verən dəyişiklikləri araşdırmaq, onunla daha yaxından maraqlanmaq üçün bir sıra müasir üsullardan istifadə edilir. İdmançılarda əzələ kütləsinin, yağ, piy faizinin, hüceyrədaxili və hüceyrəxarici su miqdarının ölçülməsi, zədənin olub-olmamasını aydınlaşdırmaq üçün bioimpedans adlanan analiz üsulundan istifadə edilir. Bu analiz üsulu sayəsində hər hansı bir növ idmanla məşğul olan idmançıların həmin idman növünün onların bədəninə necə təsir etdiyini açıq şəkildə müşahidə etmək mümkündür. Həmçinin idman növlərinin idmançıların orqanizminə təsirinin müqayisəsində, qadın və kişi idmançılara idmanın təsirinin fərqlərini müşahidə etməyə imkan verir. Bu müasir üsul son zamanlarda, dünyanın inkişaf etmiş ölkələrində istifadə edilən əvəzedilməz analiz üsullarından hesab olunur.

Ask AI
Helpful
Bookmark
Share
View Full Paper

Cite This Study

N.M. Rəhimova (2024) studied this question.

synapsesocial.com/papers/69e9b80e85696592c86eb844https://doi.org/10.28942/snsa.v6i3y2024.181
Ask AI
Helpful
Bookmark
Share
View Full Paper