Məqalədə İdman akademiyasının bakalavrlarının təhsil texnologiyası aspektində peşəkar hazırlığının aktual məsələlərindən bəhs edilir. Peşəkar fəaliyyətdə uğur qazanmaq üçün müasir mütəxəssis nitq mədəniyyəti bacarıqlarını mükəmməl şəkildə mənimsəməli, ünsiyyətdə linqvistik, kommunikativ və davranış bacarıqlarına sahib olmalıdır. Ünsiyyət insan fəaliyyətinin bütün sahələrinə nüfuz edir, buna görə də bir çox elmlər tərəfindən öyrənilir. Peşəkar nitq mədəniyyətinə aşağıdakılar daxildir: bu ixtisasın terminologiyasına sahib olmaq; cari peşəkar mövzuda nitq qurmaq bacarığı; peşəkar dialoq təşkil etmək və onu idarə etmək bacarığı; idman fəaliyyəti ilə bağlı ünsiyyət qurmaq bacarığı. İşgüzar söhbət işgüzar ünsiyyətin ən geniş yayılmış formalarından biridir. Tədqiqat azərbaycanlı tələbələrin rus dilində akademik (elmi) və işgüzar (peşəkar) ünsiyyətinin tədrisi üçün effektiv texnologiyalar təklif edir. Bədən tərbiyəsi və idman mütəxəssislərinin ünsiyyət qabiliyyəti, peşə fəaliyyətinin kommunikativ tərəfini mənimsəməsi onun effektivliyi, səmərəliliyi və uğurunun zəruri şərtidir.
E.S. Tağıyeva (Mon,) studied this question.
Synapse has enriched 5 closely related papers on similar clinical questions. Consider them for comparative context: