Məqalə cerundun istifadəsini və Azərbaycan dilinə tərcüməsini aydınlaşdırır, göstərərək çətinlikləri aradan qaldırır.
İngilis dilində hər hansı bir fikri cümlədə müxtəlif formalarda ifadə etmək mümkündür. Bunun üçün dilin qrammatik sisteminə dərindən bələd olmaq və uyğun formanı düzgün seçə bilmək olduqca vacibdir. Məhz bu halda cerunddan istifadə zərurəti meydana çıxır. Belə ki, cerund işlədilmiş cümlələr Azərbaycan dilinə adətən sadə cümlə formasında tərcümə olunur və bu da danışıq zamanı fikrin yığcam, rahat və aydın şəkildə ifadə edilməsinə şərait yaradır. Ümumiyyətlə, cerund ingilis dilinin qrammatikasında ən maraqlı, vacib və geniş istifadə olunan mövzulardan biridir. Lakin bu dil vahidinin Azərbaycan dilinin qrammatikasında tam qarşılığı olmadığı üçün cerundun öyrədilməsi və mənimsənilməsi dil öyrənənlər üçün hər zaman müəyyən çətinliklər yaratmışdır. Bu problemin həlli yolları dili tədris edən müəllimlər tərəfindən araşdırılmalı, aydınlaşdırılmalı və əldə edilmiş səmərəli üsullar tədris prosesində tətbiq edilməlidir. Məqalədə cerundun müxtəlif formalarda istifadəsi, nümunələr əsasında izahı və Azərbaycan dilinə tərcümə üsulları tədqiq edilmişdir. Bu məqsədlə müxtəlif elmi mənbələrə istinad olunmuş, araşdırmanın nəticələri sistemli şəkildə ümumiləşdirilmişdir. Müxtəlif nümunələr əsasında cerundun istifadəsi, onun mənası və bu mənanın Azərbaycan dilinə ötürülmə yolları ətraflı şəkildə izah edilmişdir. Məqalədə həmçinin cerundun inkar forması da araşdırılmış, onun tərcüməsi və izahı nümunələrlə təqdim edilmişdir. Cerundun tədrisi və öyrənilməsi prosesində məqalədə təqdim olunan məlumatlar mühüm əhəmiyyət kəsb edir və praktik baxımdan faydalı hesab olunur.
No takes yet. Share an insight, caveat, or question.
K. B. Qurbanova (2022) studied this question.
Synapse has enriched 5 closely related papers on similar clinical questions. Consider them for comparative context: