This article examines modeling's role in management, highlighting its significance for effective decision-making.
Məqalədə menecmentdə sistem yanaşmanın prinsipləri və bu prosesdə modelləşdirmənin rolu araşdırılır.Menecmentin əsas vəzifəsi bütün resurslardan (ehtiyatlar), əlaqə və vasitələrdən optimal istifadə etməklə sistemin öz qarşısına qoyduğu məqsədə nail olmasıdır. Bunun üçün mövcud sistemin (obyektin) elementlərinin düzgün əlaqələndirilməsi və sistemə təsir edən müxtəlif növ amillərin təsir dərəcəsinin araşdırılması olduqca vacibdir. Sistemin elementlərinin sayının çoxluğu və mürəkkəblik dərəcəsi onun öyrənilməsində və yekun qərar qəbul edilməsində çətinlik yaradır. Ona görə də menecmentdə modelləşdirilmənin tətbiqinə ciddi zərurət yaranır. Model dedikdə sistemi (obyekti) əvəz edən kiçildilmiş və sadələşdirilmiş elə bir sitem başa düşülür ki, həmin sistemi hərtərəfli araşdırmaqla, tədqiq etməklə həqiqi sistem (obyekt) haqqında daha mükəmməl və dolğun bilik əldə etmək mümkün olsun. Dəqiq statistik göstəricilər əldə etmək, qarşıya qoyulmuş məqsədə nail olmaq və düzgün məntiqi nəticəyə gəlmək üçün modelləşdirmənin olduqca böyük əhəmiyyəti vardır.
No takes yet. Share an insight, caveat, or question.
S.F Əliyeva (2019) studied this question.
Synapse has enriched 5 closely related papers on similar clinical questions. Consider them for comparative context: