Annotasiya. Məktəbəqədər təhsil müəssisələrində uşaqların müstəqil fəaliyyətlərini müşahidə edən tərbiyəçi onlara kömək göstərir. O, uşaqların bir qrupuna artıq güc sərf etmədən hərəkətlərin düzgün yerinə yetirilmə yollarını izah edir, digər qrupa isə hərəkətlərin mürəkkəbləşmiş formalarının icrasında nümunə olur. Uşaqların müstəqil fəaliyyətlərinin yaranmasında stimul rolunu qrup otağında və sahədə yerləşən müxtəlif oyuncaqlar, böyük və kiçik həcmli fiziki vasitələr oynayır. Bu vasitələrin növü və yerləşmə vəziyyəti uşaqları müstəqil hərəkətə cəlb edir. Buna görə də tərbiyəçi qrup uşaqlarının yaş və fərdi xüsusiyyətlərini, hazırlıq səviyyələrini nəzərə alaraq, həmin əşyaların və fiziki vasitələrin xüsusiyyətlərinə uyğun hərəkətləri seçir və onları həftəlik iş planında qeyd edir.
Hökümə Məmmədova (Sun,) studied this question.