Məqalə yarışdan qabaq yüksəkdərəcəli idmançıların trombositlərində və ağız suyunda dihidropirimidinazaya bənzər zülal 2-nin (DBZ2) səviyyəsinin və qan zərdabında DBZ2-yə qarşı təbii autoanticisimlərin səviyyəsinin qiymətləndirilməsinə həsr olunub. Kontrol yerinə həmin idmançılardan sakit vəziyyətdə qan və ağız suyunun nümunələri istifadə olunub. DBZ2-nin və DBZ2-yə qarşı təbii autoanticisimlərin səviyyələri adsorbsiyanın orta səviyyəsi olan polisteren planşetlərində dolayı immuno-enzim analizi üsulu ilə yerinə yetirilib. Tədqiqatların nəticələrində yarışdan qabaq idmançıların zərdabında gözə çarpan DBZ2-yə qarşı təbii autoanticisimlərin səviyyəsinin azalması (p < 0.01) və onların trombositlərində və ağız suyunda DBZ2-nin heç bir dəyişikliklərinin olmaması qeyd olunub. Əvvəlki illərdə aldığımız dəlilləri əsas tutaraq, əldə etdiyimiz nəticələr idmançıların beynin qabıqaltı nahiyələrində DBZ2-nin səviyyəsinin eynixarakterli dəyişikliklərinin əks etdirdiyini və yarışdan qabaq onların aqressiya səviyyəsinin artmasına dəlalət etdiyi barədə qənaətə gəlməyə bizə imkan verir.
No takes yet. Share an insight, caveat, or question.
N.Ə. Musayeva (2023) studied this question.
Synapse has enriched 5 closely related papers on similar clinical questions. Consider them for comparative context: