Azərbaycanın milli strategiyası qeyri-neft industriyasına keçdiyi zaman turizm sahəsi diqqət mərkəzinə çevrilməyə başladı. Bakının Formula 1 və ya digər böyük idman tədbirləri zamanı turistlərin axını yüksək həddə çatsa da, digər turizm sektorlarının dəyəri yenə də az görünə bilər. Ekoturizm də belə sahələrdən biridir. Bu tədqiqat ekoturizmin ətraf mühitə müsbət təsir və milli brendin inkişafı ilə yanaşı, yerli iqtisadiyyatı stimullaşdıran inkişaf potensialının olduğunu göstərir. Azərbaycan ekoturizm sənayesini inkişaf etdirmək üçün zəruri olan bütün xüsusiyyətlərə malikdir: valehedici təbiəti, zəngin mədəni və qastronomik tarixi və sabit, qonaqpərvər iqlimi. Buraya ölkənin tarixi yerlərin renovasiyasını və nəqliyyat yollarının yenilənməsini, ingilis kimi beynəlxalq dilin daha geniş şəkildə öyrənilməsini, yaşayış və turizm infrastrukturunun yaxşılaşdırılmasına qoyulan sərmayəni də əlavə etmək olar. Bu araşdırma, dövlət və özəl sektor təşkilatlarından alınan məlumatlar və reportajlardan ibarət olacaqdır.
No takes yet. Share an insight, caveat, or question.
Tunar Abuzərli (2019) studied this question.
Synapse has enriched 5 closely related papers on similar clinical questions. Consider them for comparative context: