Məqalədə uçaq və yeniyetmələrin inkişafı prosesində ümumi fiziki hazırlığnğn xüsusiyyətləri və problemləri, məqsədləri və əhəmiyyəti barədə danışılır, eləcə də ümumi fiziki hazırlığın təşkilinin və həyata keçirilməsinin təhlili aparılır. Ümumi fiziki hazırlıq üzrə hərəkətlərin izahı verilir, gənc nəslin fiziki, əqli və mənəvi tərbiyəsi vasitələrindən biri kimi fəaliyyət istiqamətləri göstərilir. Fiziki tərbiyə və idmanın köməyi ilə, yeniyetmə və gənclərin davamlı fiziki və əqli inkişafına nail olunması, onların sağlamlığının yaxşılaşdırılması, bununla bağlı cəmiyyətdə aktual olan sosial və iqtisadi problemlərin həll edilməsi və müasir dövrün tələblərinə uyğun fəaliyyətin təşkil olunmasıdır. Bu sahədə əsas istiqamətlər, bədən tərbiyəsi və idman fəaliyyətinin gənc nəslin şüurunda sağlam həyat tərzi kimi formalaşması, onların fiziki hazırlığının inkişafında və fiziki kamilliyə çatmasında zəruri olan qabiliyyətlərin təkmilləşdirilməsi yolu ilə yüksək fiziki təhsil səviyyəsinə nail olmaq, yaradıcı, düşünən vətəndaş və şəхsiyyət yetişdirməkdir.
No takes yet. Share an insight, caveat, or question.
Elşən Mehdiyev (2026) studied this question.