Məqalə vaxtından qabaq doğulanlarda neonatal dövrdə respirator patologiyalarda kofein sitratın istifadəsi zamanı yenidoğulanın vəziyyətinin öyrənilməsinə həsr edilmişdir. Kofein sitrat neonatal dövrdə rast gəlinən respirator patologiyalar zamanı bir çox ağırlaşmaların qarşısını almaqda və hal-hazırda reanimasiya zallarında apnoe zamanı ilkin seçim preparatı olaraq tətbiq olunmaqdadır. Kofein sitratın respirator terapiyaya daxil edilməsinin səbəbləri arasında erkən tətbiqi zamanı neyronal inkişafa, ekstubasiyanın asanlaşdırılmasına, tənəffüs əzələlərinin yığılma qabiliyyətinə olan müsbət təsiri, həmçinin hipoksik- işemik ensefalopatiyalar zamanı neyroapoptoza təsiri, yanaşı olaraq bronxopulmonar displaziyaların, arterial axacağın açıq qalmasının və beyində mədəcikdaxili qanaxmaların rastgəlmə tezliyini azaltmasında səmərəliliyi eksperimentlər və randomizə olunan tədqiqatlarla təsdiqlənmişdir.
No takes yet. Share an insight, caveat, or question.
N.C. Rəhimova (2018) studied this question.
Synapse has enriched 5 closely related papers on similar clinical questions. Consider them for comparative context: