Məqalədə Kapoşi sarkoması ilə yanaşı gedən İİV-infeksiyalı xəstələrdə immunodiaqnostikanın əhəmiyyəti göstərilmişdir. Xəstəliyin ağırlıq dərəcəsini təyin etmək və gedişini qiymətləndirmək məqsədi ilə geniş immunoloji müayinə aparılmışdır. 2-ci və 3-cü dərəcəli immunoloji müayinələr zamanı hüceyrəvi immunitetin göstəricilərinin azalması müəyyən edilmişdir. Qeyri-spesifik rezistentlik amillərində dəyişikliklər aşkar olunmuşdur, bu isə neytrofillərin faqositar aktivliyinin zəifləməsi və dövr edən immun komplekslərin səviyyəsinin yüksəlməsi ilə xarakterizə olunmuşdur. Sitokin profilinin təhlili nəticəsində IL-2 səviyyəsinin azalması və TNF-α göstəricilərinin yüksəlməsi müəyyən edilmişdir. Əldə olunmuş nəticələr xəstələrdə immun sistemin dərin supressiyasını göstərir və ikincili patologiyaların erkən aşkarlanması məqsədilə kompleks immunoloji müayinənin vacibliyini təsdiq edir.
Ş.H. İbrahimova (Tue,) studied this question.