Bu tədqiqatda normada insanın və eksperimentdə heyvanların yoğun bağırsağının qan damarlarının morfometrik xüsusiyyətləri öyrənilmişdir. Mikroskopik metodlarla aparılan analizlər nəticəsində arteriola, prekapillyar, kapillyar, postkapillyar və venulaların diametrləri, uzunluqları, sıxlığı və köndələn kəsik sahələri müəyyən edilmişdir.Normativ göstəricilər bağırsağın müxtəlif şöbələrində damarların paylanma xüsusiyyətlərini aşkar etmiş, eksperimentdə isə qanaxma və perfuziya pozğunluqları zamanı damarların morfoloji dəyişiklikləri izlənmişdir. Əldə olunan nəticələr yoğun bağırsağın damar sisteminin funksional vəziyyətini qiymətləndirmək, qan dövranı pozulması ilə bağlı dəyişikliklərin patogenezi haqqında məlumatları genişləndirmək və klinik gastroenterologiyada diaqnostika və müalicə strategiyalarını təkmilləşdirmək üçün əhəmiyyətlidir.
No takes yet. Share an insight, caveat, or question.
R.E. Babayeva (2026) studied this question.
Synapse has enriched 5 closely related papers on similar clinical questions. Consider them for comparative context: