Son vaxtlar karate idman növü cəmiyyətdə böyük populyarlıq qazanmışdır. İdmanın bu növü üzrə beynəlxalq miqyaslı yarışlar artıq geniş vüsət almışdır. Bununla belə, təlim prosesinin psixoloji cəhətdən qurulması üçün metodoloji və metodoloji əsaslar hələ kifayət qədər inkişaf etdirilməmişdir. Bu baxımdan, hər bir idman növündə olduğu kimi karate idman növünün də hazırlıqları sırasına daxil olan psixoloji hazırlıq üzərində ciddi elmi işlərin görülməsi zərurət təşkil edir. İdmançıların məşqlərdə və həmçinin yarışqabağı, yarış zamanı və yarışdan sonra düşmüş olduqları psixoloji halları dərindən təhlil edilərək formalaşdırılması yarış uğurunun əldə edilməsində atılan müvəffəqiyyət addımlarının ön cərgəsində dayanır.
Ü.F. Abbasbəyli (Fri,) studied this question.
Synapse has enriched 5 closely related papers on similar clinical questions. Consider them for comparative context: