İstənilən dövlətin idman sahəsində qazandığı uğurlar ilk olaraq, həmin ölkənin ümuminkişaf səviyyəsini, eləcə də iqtisadi potensialını müəyyənləşdirən vacib meyardır. Bu baxımdan demək olar ki, Azərbaycanın idmanın müxtəlif sahələri üzrə əldə etdiyi nailiyyətlər onun dinamik inkişafı ilə həmahəngdir. Bu gün sağlam cəmiyyət yaratmaq dövlətimizin strateji məqsədidir. Bu mənada, hər bir azərbaycanlının idmana maraq göstərməsi, idmanla müntəzəm şəkildə məşğul olması diqqət mərkəzində saxlanılan məsələlərdəndir. Əlbəttə ki, dövlət tərəfindən müxtəlif idman növlərinin kütləviliyinin təmin edilməsi sağlam, güclü və vətənpərvər nəslin formalaşdırılması deməkdir. Bu mənada, dövlətin hər bir vətəndaşının, xüsusilə əlilliyi olan azyaşlıların idmana cəlb edilməsi, ölkəmizdə uşaq paralimpiya hərəkatının inkişafı zəruridir. Məqalədə Azərbaycanda Paralimpiya hərəkatının tarixinə qısa nəzər salınmış, son illər ərzində respublikamızda uşaq paralimpiya hərəkatının inkişafı, müxtəlif beynəlxalq təşkilatlarla qurulan qarşılıqlı əlaqələr, eləcə də bu istiqamətdə həyata keçirilən tədbirlər və onların nəticələri haqqında məlumat verilmişdir.
R. A. Əkbərov (Fri,) studied this question.
Synapse has enriched 5 closely related papers on similar clinical questions. Consider them for comparative context: