Məqalədə ümumtəhsil məktəblərində fiziki tərbiyənin nəzəri mahiyyətindən bəhs edilir. Məlumdur ki, sağlam həyat tərzini davam etdirməyə və fiziki fəaliyyətlə məşğul olmağa dəyər verən sağlam düşüncə tərzini inkişaf etdirmək üçün fənlər arasında özünəməxsus yer tutan “Fiziki tərbiyə” fənninin əsas məqsədidir. Bu gün bədən tərbiyəsi və idman o qədər geniş yayılmışdır ki, hər bir oyunçu qızıl medal qazanmaq və yarışlarda iştirak etmək istəyir, ancaq o, qızıl medalı yalnız idman ustalığını yaxşı bildiyi təqdirdə əldə edir. Yaxşı olardı ki, şagirdlərimiz yarışlarda qazanmaqdan çox, bədən tərbiyəsi və idman növlərində bir çox idman bacarıqlarını əldə etsinlər. Beləliklə, bu qeyri-sabit mühitdə uşaqlar bilikdən daha çox elementar bacarıqları öyrənməli və gündəlik rejimlərində fiziki fəaliyyətə üstünlük verməli və həyatları boyu bu bacarıqları inkişaf etdirməyə imkan verən münasibəti inkişaf etdirməlidirlər. Məlumdur ki, mövcud vəziyyətdə sosial şəbəkələrin geniş vüsət alması çox güman ki, gənclərdə fiziki yorğunluq və oturaq həyat tərzini yaradan fiziki simptomları və məhdudiyyətləri aradan qaldırmaq yollarını tələb edir. Məqalədə ümumtəhsil məktəblərində fiziki tərbiyənin nəzəri mahiyyəti araşdırılmış, ənənəvi konseptual anlayışlar, müasir konseptual anlayışlar öz əksini tapmışdır. Həmçinin, metodik işin təşkilində fiziki inkişaf üzrə hazırlanmış didaktik material fənnin səmərəliliyinin artırılmasının zəruriliyi sübut edilmişdir. Məqalənin praktiki faydası ondan ibarətdir ki, şagirdlərin fiziki tərbiyəsinin hərtərəfli hazırlanmasında faydalı bir resurs kimi istifadə oluna bilər.
H.E. Əliyev (Sat,) studied this question.
Synapse has enriched 5 closely related papers on similar clinical questions. Consider them for comparative context: