Məqaləmizdə əsas məqsəd müasir idman media aləmində ən geniş istifadə olunan jurnalistika janrlarına idman informasiyasının təqdim etmə rakursundan baxmaqdır. Bu məqsədə çatmaq üçün hazırda idman jurnalistikasında ən aktual 5 janr- xəbər, reportaj, şərh, müsahibə və söhbət – araşdırılıb və universal jurnalistikadan fərqləndirən tərəflər aşkarlanıb. Belə ki, universal jurnalistikada informasiya, analiz və jurnalistin şəxsi fikri ayrı, müxtəlif janrlar çərçivəsində təqdim olunur. İdman kütləvi kommunikasiyasında isə materialın ümumi məlum təqdim olma formatı dəyişir, sintezlər baş verir və hətta konkret janrı fərqləndirmək mürəkkəbləşir. Materialdakı faktlar paralel olaraq təhlil və şərhlərlə zənginləşdirilir, maraqlı ifadələrə və individual üsluba geniş yer verilir.
Mehriban Monsumova (Wed,) studied this question.
Synapse has enriched 5 closely related papers on similar clinical questions. Consider them for comparative context: