İdman jurnalistinin, ələlxüsus da, oyun şərhçilərinin qarşısına qoyulan əsas linqvistik tələblərdən biri onların nitqinin səlist və axıcı olmasıdır. Belə ki, jurnalist öz işini görərkən, oyunu radiodan dinləyən və ya televiziyadan izləyən şəxs yarışa fokuslandığı üçün, şərh zamanı buraxılan hər hansı birsəhv absurd bir vəziyyətin yaranmasına gətirib çıxara bilər. Bütün bunlar, idman jurnalistinin öz işində maksimumprofessionallığınıtələb edir. Jurnalistikanın digər sahələri ilə müqayisədə nisbətən yeni sayılan idman jurnalistikasına maraq hər ötən gün artmaqdadır. Azərbaycan da bu tendensiyaya qoşulan ölkələr arasında özünəməxsus yer tutur. Belə ki, KİV-də bu istiqamətin inkişafını dəstəkləyən şərhlər və məqalələr, habelə, ali təhsil müəssisələrində idman jurnalistikası üçün xüsusi kadrların yetişdirilməsinə xüsusi diqqətin ayrılması buna bariz nümunədir. Dünya təcrübəsi və bununla bağlı elmi ədəbiyyatlar göstərir ki, idman sahəsində ixtisaslaşmış jurnalistlərlə, ixtisasartırma olmadan, sadəcə bu istiqamətdə fəaliyyət göstərənlər arasında professionallıq baxımdan kəskin fərq vardır. İdmana xass beynəlxalq terminoloji dil, habelə nəzəri biliklər həcm etibarilə olduqca geniş olduğu üçün, bu istiqamətdə fəaliyyət göstərəcək jurnalistlərin xüsusi olaraq ixtisaslaşması zəruridir.
Elvira Babayeva (Wed,) studied this question.
Synapse has enriched 5 closely related papers on similar clinical questions. Consider them for comparative context: