Dünyada tələbələrin 40 faizindən çoxu ingilis dili öyrənənlərdir və bu say artmaqdadır. Bu tələbələrin ingilis dilli həmyaşıdlarından fərqli olaraq, xüsusi təhsilə ehtiyacları var. Bu ehtiyaclar və bunların aradan qaldırılması üçün ən yaxşı təcrübələr haqqında məlumat əldə etmək üçün bir sıra araşdırmalar aparmaq lazımdır. Bu məqalədə qlobal xarakter daşıyan ingilis dilinin öyrənilməsi zamanı dəstəkləyici mühitin yaradılması zamanı qarşıya çıxan problemlər, ümumiyyətlə, bu dilin mənimsənilməsində əsas mühitin yaradılması səbəbləri araşdırılmışdır. İnsan fəaliyyətinin reallaşdığı bütün sahələrdə ingilis dilinə olan tələbat hər ötən gün daha da artmaqdadır. Nəticədə, öz fəaliyyət sahəsində daha böyük məqsədləri hədəfləyən insanların əksəriyyəti bu dili öyrənməyə çalışır. İngilis dilini öyrənmə mərhələsində dəstəkləyici mühitin yaradılması, dili daha rahat qavramağa, sərbəst öyrənməyə və danışmağa sövq edir. Məqalədə bütün bu məsələlər müfəssəl şəkildə şərh edilmiş, habelə göstərilən mərhələlər və problemlərin hər biri öz həllini tapmışdır.
Z.R Əkbərova (Thu,) studied this question.