Tədqiqatın məqsədi 2015-2017-ci illər ərzində vaxtından əvvəl doğulan uşaqlarda rast gələn patologiyaları müqayisəli təhlil etmək və onların rastgəlmə tezliyinin səviyyəsini müqayisədə müəyyənləşdirməkdən ibarətdir. 2015-2017-ci illər müddətində 4685 yenidoğulan uşaq 2-cı etapda müalicəsini davam etdirmək üçün “Vaxtından əvvəl doğulanların patologiyası” şöbəsinə (VƏDPŞ) daxil olmuşdur. Müayinə və müalicəyə cəlb olunan uşaqlar hestasiya yaşından asılı olaraq 3 qrupa bölünmüşlər. I qrupa hestasiya yaşı 28 həftə və ondan az olan ekstremal az kütləli uşaqlar, II qrupa hestasiya yaşı 29-31 həftə arasında olan çox az kütləli uşaqlar, III qrupa hestasiya yaşı 32-37 hestasiya həftəsində olan az kütlə ilə doğulan uşaqlar aid edilmişdir. Vaxtından əvvəl doğulan uşaqların patologiyası şöbəsinə daxil olan uşaqların xəstəliklərinin müqayisəli təhlili zamanı müəyyən olnmuşdur ki, doğuş asfiksiyası, MSS-nin hipoksikişemik zədələnmələri, pnevmoniya, bətndaxili infeksiya diaqnozları xəstəliklərın strukturunda əsas yer tuturlar. Vaxtından əvvəl doğulan uşaqların üzv və sistemlərinin funksional vəziyyətini nəzərə alaraq doğuş prosesinə, müalicə və qulluq səviyyəsinə, adaptasiya pozğunluğuna, müxtəlif patoloji vəziyyətlərin müalicə olunmasına xüsusi yanaşma tələb olunur. Aparılan adekvat müalicə və düzgün təşkil olunmuş qulluq səviyyəsinin yaxşılaşdırılması bu qrup uşaqlarda əlilliyin və ölümün səviyyəsinin azalmasına səbəb ola bilər.
A.S. Hacıyeva (Thu,) studied this question.
Synapse has enriched 5 closely related papers on similar clinical questions. Consider them for comparative context: