Məqalədə idman təhsili sahəsində üslubi bacarıqların artırılmasının imkanları təhlil edilmişdir. Burada müəllimin peşəkar fəaliyyəti, eyni zamanda elmi-metodik əsaslara söykənən planlaşdırma, düzgün metod seçimi və motivasiya mühitinin yaradılması əhatə edilir.Üslubi bacarıqların artırılması təlimin keyfiyyətini yüksəldir, idman nəticələrinin səmərəliliyini artırır, onların fiziki və psixoloji inkişafına müsbət təsir göstərir. Məqalədə davamlı inkşaf, müasir təlim metodlarının tətbiqi, dərsin quruluşu, innovativ vasitələrdən istifadə prosesinin rolu xüsusi vurğulanmışdır. Üslubi bacarıqların artırılmasında dil faktlarının məna tərəfi, dil vahidlərinin lazımi şəkildə istifadəsi mühüm əhəmiyyət kəsb edir.Tədqiqatın qayəsi üslubi bacarıqların inkişaf etirilməsində dil elementlərindən düzgün şəkildə istifadə edilməsidir. Araşdırma zamanı mövcud ədəbiyyatlardan istifadə edilmişdir.
Ş.M. Ağakişiyeva (Thu,) studied this question.