Məqalədə14-15 yaşlı yeniyetmə məktəblilərin funksional göstəricilərinə və morfofunksional vəziyyətinə müxtəlif xarakterli hərəkət aktivliyinin təsiri öz əksini tapmışdır. Müəyyən olunmuşdur ki, yeniyetmələrin fiziki inkişafına hərəkət aktivliyinin təsirinin analizi, səkkizinci sinifəqədər harmonik inkişafa malik şagirdlərin saylarının əhəmiyyətli dərəcədə dəyişikliyə uğramasını və orta hesabla 66% təşkil etməsini göstərmişdir. Bədən kütləsində çatışmamazlığı olanların sayı isə11 % -dən 22.2% -əqədər artmış, izafi göstəricilərəmalik olanların sayı isə23-dən 13.3%-əqədər azalmışdır. Qızlarda harmonik inkişafa malik olanların sayı 42.8% olmuşdur. İzafi bədən kütləsinəmalik olan qızların sayı 4.8% -əqədər artmışdır. Bədən kütləsində çatışmamazlığı olanların sayı isə 28% -ə qədər artmışdır. İzafi bədən kütləsinəmalik olanların sayı 9.5% -dəbədən kütləsinin azalması hesabına harmonik inkişafa qədəm qoymuşlar. Disharmonik inkişaf bədən kütləsinin çox olması hesabına 9,6% -də, bədən kütləsinin çatışmamazlığı hesabına isə 4.8% qızlarda qorunub saxlanılmışdır. Harmonik fiziki inkişafa malik olan oğlanların sayı 66.6% təşkil etmişdir. Oğlanlarda bədən kütləsində çatışmamazlığı olanların sayı 11,1% artmış, izafi bədən kütləsinəmalik olanların sayı dəyişilməmişdir. Bədən kütləsinin azalması hesabına 5,6% məktəblilərdə müşahidə olunmuşdur. Disharmonik inkişafa uşaqların 11,3% -dəbədən kütləsinin izafi kütləsinin 5.6% -dəisəçəkinin az olması səbəb olmuşdur. Beləliklə, eksperimental hərəki aktivliyin tətbiqi (fiziki tərbiyəməşğələləri) nəticəsində fiziki inkişafda müsbət dinamika müşahidə olunmuşdur.
N.Ə. Musayeva (Fri,) studied this question.