Bir çox ölkələrdə xəstələnmənin və ölümün aparıcı səbəblərindən biri uşaqlarda kəskin zəhərlənmələr sayılır. Bu observasion tədqiqat zamanı Azərbaycan, Bakı şəhərinin toksikoloji mərkəzində (TM) 8 il ərzində (1 yanvar 2009-cu ildən 31 dekabr 2016-cı ilə qədər) hospitalizasiya olunmuş uşaqlarda bütün zəhərlənmə hadisələrinin elektron və tibbi kağız qeydiyyatlarına əsasən təhlili aparılmışdır. Aparılan təhlil zamanı uşaqların ümumi sayı 2949 nəfər və ya hospitalizasiya olunan bütün toksikoloji xəstələrin 17,9 %-ni təşkil etmişdir. Onların arasında yalnız 6,2% -i qəsdən zəhərlənmə ilə əlaqədar idi. Xəstələrin əksəriyyəti (56,2%) kişi cinsindən idi. Əczaçılıq preparatları (n = 1276, 43,3%), üzvi həlledicilər və neft məhsulları (n = 562, 19,1%), eləcə də, aşındırıcı maddələr (n = 380, 12,9%) uşaqlarda zəhərlənmələrin geniş səbəbi olmuşdur. Tədqiqat dövründə cəmi 30 ölüm hadisəsi qeydə alınmışdır. Uşaqlarda zəhərlənmələrdən ölüm halları (1,02%) böyüklər (2,56%) ilə müqayisədə aşağı (p
İ.N. Əfəndiyev (Thu,) studied this question.
Synapse has enriched 5 closely related papers on similar clinical questions. Consider them for comparative context: