Məqalədə tələbələrin orqanizminin fiziki imkişafına, funksional vəziyyətinin yaxşılaşmasına və fiziki iş qabiliyyətinin yüksəldilməsinə hərəkət aktivliyinin təsirinin bəzi məsələləri araşdırılmışdır. Məlum olmuşdur ki, fiziki tərbiyə və idman məşqlərində əsas diqqəti tələbələrin fiziki və fizioloji göstəricilərin inkişaf səviyyəsi və onların maraqları nəzərə almaqla aparılmalıdır. Məşğələlərin müddətinin, həcminin və intensivliyinin nəzarət altında saxlanılması üçün məşğul olanların fiziki və funksional hazırlığının göstəricilərindən istifadə etməklə tətbiq olunan yüklərin təsir effektivliyini fizioloji cəhətdən əsaslandırmaq vacibdir. Seçilmiş fiziki yükləri fərdi olaraq tətbiq olunması və optimallaşdırılması tələbələrdə dərsə olan marağın artmasına səbəb olur. Məşğələlərdə statik-dinamik yüklərin dozalaşdırılmış şəkildə tətbiqi müayinə olunanlarda funksional və fiziki inkişafın bütün parametrlərində yüksəlməyə gətirib çıxarır. Nəticədə, belə yanaşmalar sayəsində müayinə olunan tələbələrin orqanizmində məqsədyönlü dəyişikliklərin getməsini stimullaşdırdığı məlum olur, tədris prosesinin qurulmasına və pedaqoji nəzarətin aparılmasına kömək etmiş olur. Bu istiqamətdə aparılan tədqiqat işlərinin nəticələrinin təhlili əsasında yükün orqanizmdə baş verən dəyişikliklərə məqsədyönlü təsiri, fiziki və zehni iş qabiliyyətinin və artmasına gənclərin sağlamlığının möhkəmləndirilməsinə müsbət təsir göstərmiş olur.
A.M. İbrahimli (Thu,) studied this question.
Synapse has enriched 5 closely related papers on similar clinical questions. Consider them for comparative context: