Xarici siyasət araşdırmasının dəqiq və öyrədici nəticələrə çatması üçün ilkin mənbələrlə işləmək, məsələn ölkənin imzaladığı beynəlxalq sənədləri oxuyucuya təqdim etmək bəzən kifayət etmir.Statistik göstəricilərdən asanlıqla yalnış istiqamətə yönələ bilərsən. Bu zaman bir araşdrımacı hekayəni qurarkən istifadə edəcəyi üsul və yanaşmalar iki əsas məqsədə yönəlməlidir. Birincisi məsələnin mahiyyətini qavramaq, ikincisi bu mahiyyəti obyektiv şəkildə ortaya qoymaqdır. Bütövlükdə xarici siyasəti qavrayışının anlaşılması üçün müxtəlif metod və üsullardan istifadə edilməsi geniş yayılmışdır. Türkiyə xarici siyasətinin araşdırarkən onun özünəməxsus bir fenomen çərçivədə tədqiq edilməsi lazımdır. Osmanlı imperiyası ilə Türkiyə cumhuriyyəti arasında oxşarlıqlar və kəskin fərqlər bu iki dövlətin xarici siyasətində də özünü göstərmişdi. Eyni coğrafiyada, eyni xalqla birbirinin davamı olaraq qurulmuş “Orta dövlət” olmanın ortaq xüsusiyyətləri nəticəsində bu iki dövlətin xarici siyasətindəki oxşarlıqlar diqqəti çəkir. Hər ikisi öz mövcudluğunu müəyyən olunmuş iki əsas prinsip üzərindən aparmağa çalışıb. Böyük ehtiyatla qüvvələr nisbətinə riayət edərək ayaqda qalmaq və əks halda işğal təhlükəsi yoxdursa dövlətlər arasında müharibələrə girməməkdən ibarətdir.
No takes yet. Share an insight, caveat, or question.
t.ü.f.d. E.S. Qəhrəmanov (2023) studied this question.
Synapse has enriched 5 closely related papers on similar clinical questions. Consider them for comparative context: