Türk millətinin taleyi qürurverici tarixi hadisələr, fəthlər, mədəni intibahlar və s. ilə zəngin olduğu qədər, təəssüf ki, böyük üzüntülər, itkilər – faciələrlə də səciyyələnmişdir. Krım yarımadasındakı soydaşlarımız – tatar xalqı belə mühüm tarixi zərbələri yaşayan can parçamızdır. 1783-cü ildə Rusiyanın siyasi-hərbi hərəkatları nəticəsində tarix boyu böyük gücə sahib olmuş Krım xanlığı və tatar xalqı öz dövlətçiliyini itirib parçalanmağa başlamışdır. Rus zülmünə dözməyən minlərlə insan Yaşıl adanı tərk etmək məcburiyyətində qalmış, əsasən Rumıniya və Türkiyə bu dövrdə tatar xalqının ikinci vətəninə çevrilmişdir. Tatar tarixi və ədəbiyyatında mühacirət illəri olaraq qeyd edilən bu zamanlarda insanlar mühacirət mövzulu ağılar demiş, şair-yazıçılar ürək yanğısıyla şeirlər, hekayələr, romanlar, xatirələr yazmış, köklü tatar tarixi və ədəbiyyatını soldurmadan gələcək nəsillərə görk nümunəsi etmişdir. Krım tatar mühacirət ədəbiyyatında daha çox Balkan və Anadolu türklərinin həm şifahi, həm də yazılı yaradıcılıq ənənələrinin təsiri böyük olmuşdur. Yazıçılar, əsasən öz məhəlli şivələrində və türkcə əsərlər qələmə almışlar. Ayrıca bu coğrafiyalardakı ədəbiyyatda Krım tatar xalq yaradıcılığının da bədii izləri vardır. Folklor ənənələrinin ahəngi, vəzni, poetikası yeni ədəbiyyatın təcrübələrilə sintez təşkil etmişdi. Məmməd Niyazi, Salihə Hacı Fazil, Nəcib Hacı Fazil, İsmayıl Otar, Məmməd Sevdiyar, Abdulla Vəli Şuayıp, Ramazan Aytan, Çingiz Dağcı, Sərvər Turupçı, Feyzi Rəhman Yurdər, Fikrət Yurdər, Ənvər Mahmut, Altay Kərim, Məmmədəmin Yaşar və bir çoxları mühacirət ədəbiyyatının təmsilçiləri olaraq qəbul edilir. Bu araşdırma seçilmiş üç mühacir tatar ziyalısının həyat və yaradıcılıq materiallarının mətn və kontekstual təhlili əsasında aparılmış, əldə edilən müşahidələr mühacirət ədəbiyyatının sosiomədəni köklərini və poetik xüsusiyyətlərini üzə çıxarmış, bu ədəbiyyatın formalaşmasında tarixi şəraitin, milli kimlik axtarışlarının və mühacirət təcrübəsinin oynadığı rolu elmi şəkildə əsaslandırmışdır.
No takes yet. Share an insight, caveat, or question.
Aida BABUTCU (2026) studied this question.
Synapse has enriched 5 closely related papers on similar clinical questions. Consider them for comparative context: