This analysis identifies key characteristics and developments in contemporary Southern Azerbaijani prose, blending tradition with modernity.
Məqalədə XXI əsr Güney Azərbaycan nəsrinin formalaşması, inkişaf istiqamətləri və müasir vəziyyəti araşdırılır. Uzun müddət poeziyanın dominant mövqedə olduğu Güney Azərbaycan ədəbiyyatında nəsr son onilliklərdə mühüm inkişaf mərhələsinə qədəm qoymuş, milli kimliyin, ictimai-mədəni proseslərin və fərdi-mənəvi problemlərin bədii ifadəsində əhəmiyyətli yer tutmuşdur. Güney nəsrinin ideya və estetik əsasları XIX əsrin sonu – XX əsrin əvvəllərindəki maarifçilik hərəkatına, eləcə də 1945-ci ildən sonra formalaşan ədəbi mühitə söykənir. Araşdırmada Nasir Mənzuri, Fəriba Vəfi, Rüqəyyə Kəbiri, Fəranək Fərid, Saleh Ətayi, Eyvaz Taha və Güntay Gəncalp kimi müəlliflərin yaradıcılığı əsasında müasir Güney nəsrinin əsas xüsusiyyətləri təhlil edilir. Müəyyən edilir ki, bu nəsrdə sosial realizm, psixoloji təhlil, mifoloji təfəkkür və folklor elementləri qarşılıqlı şəkildə birləşir. Vətən, azadlıq, ana dili, sosial ədalət, ailə münasibətləri və milli yaddaş aparıcı mövzular kimi çıxış edir. Qadın obrazı isə mənəvi və sosial dəyişimin mühüm ifadə vasitələrindən biri kimi təqdim olunur. Nəticədə XXI əsr Güney Azərbaycan nəsrinin ənənə ilə müasirliyin sintezini əks etdirən, milli-mənəvi dəyərləri qoruyan və çağdaş ədəbi proseslərə inteqrasiya olunan dinamik bir inkişaf mərhələsində olduğu qənaətinə gəlinir.
No takes yet. Share an insight, caveat, or question.
Aytən Vəlizadə (2026) studied this question.
Synapse has enriched 5 closely related papers on similar clinical questions. Consider them for comparative context: