Məşq zamanı ürək-ağciyər sisteminin qiymətləndirilməsini müəyyən edən testlər, idmançılarda performansı artırır.
Məşq zamanı ən vacib məsələlərdən biri idmançılarda ürək-ağciyər sisteminin qiymətləndirilməsindən ibarətdir. Məşqdən əvvəl sakit vəziyyətdə ürək-ağciyər sisteminin göstəriciləri (oksigen qəbulunu, ağciyərlərin həyat tutumunu, ağciyərlərin və ürəyin funksional işini, ürək vurğularının sayını və s.) müəyyənləşdirilməli, daha sonra isə məşq zamanı həmin göstəricilər müəyyənləşdirilməli və müqayisə olunmalı, idmançının məşq dövrünə hazırlığı bu nəticələrə əsasən aparılmalıdır. Bu göstəriciləri müəyyənləşdirmək üçün müxtəlif testlərdən istifadə olunur. Bu testlərdən biri də CPET (Cardiopulmonary Exercise Test) testidir. Məqalədə məşq zamanı ürək-ağciyər sisteminin vəziyyəti, bu test vasitəsilə qiymətləndirilməsi müxtəlif ədəbiyyat mənbələrinə əsasən təhlil olunur. Hal-hazırda bu mövzu çox aktualdır, çünki rastlaşdığımız idmançılar var ki, ürək-ağciyər sistemində olan müəyyən problemlər məşq zamanı narahatlıq yaradır. Bunun nəticəsində də idmançıların yüksək performans və yüksək nəticə göstərməsinə mane olur.
No takes yet. Share an insight, caveat, or question.
Q.R. Əzizov (2024) studied this question.
Synapse has enriched 5 closely related papers on similar clinical questions. Consider them for comparative context: