Futbol dünyada ən məşhur idman oyunlarından biridir. Həm peşəkar, həm də həvəskar olaraq bu idman oyunu ilə məşğul olan çox sayda insanlar var. Bu məqalədə futbolçularda ən çox rast gəlinən diz travmaları, onları yaradan səbəbləri, statistik göstəriciləri və profilaktik tədbirlər haqqında bəhs edəcəyik. Travmalar idmançıların peşəkar fəaliyyəti, yanaşı, həmçinin, onların gündəlik həyatına da mənfi təsir göstərir. Ən çox rast gəlinən travmalara - menisk zədələnmələri, bağ (ligament) yaralanmaları, qığırdaq zədələnmələri aid edilir. Düzgün qurulmamış texnika, avadanlıq, meydança zədələnmələrin başlıca səbəbləri hesab edilir. Profilaktik olaraq bu cür zədələnmələrin qarşısını almaq üçün məşq, yarışdan öncə futbolçuların düzgün isinməsini təmin etmək, məşq proqramlarını düzgün tərtib etmək, avadanlıqları, geyimləri onlara uyğun seçmək, süni meydança əvəzinə təbii meydançanı seçmək və s. kimi faktorları nəzərə almaq lazımdır.
N.M. Rəhimova (Sat,) studied this question.