Answers are grounded in this paper and cite their sources.
Hər bir dövlətin ən dəyərli və ən mühüm sərvətlərindən biri məhz o dövlətin dilidir. Dil çox mürəkkəb bir struktura malik olsa da, dilin əsasını sözlər təşkil edir. Cəmiyyətin ictimai-siyasi həyatında baş verən dəyişikliklər birbaşa dilin daxili inkişaf qanunlarına, onun leksik qatına və terminologiyanın inkişafına təsir edir. Terminlər hər bir dilin əvəzolunmaz və ayrılmaz hissəsi hesab oluna bilər. İngilis və Azərbaycan dillərində zaman keçdikcə terminlərin sayı artır və terminologiyanın bu cür sürətlə inkişaf etməsi, hər gün yeni terminlərin yaradılması və ya bəzi terminlərin ümumişlək sözlər qrupuna daxil olması, ingilis dilində termin yaradıcılığına aktual bir məsələ kimi baxılmasına sövq edir. Dilin lüğət tərkibində yeni anlayışların, terminlərin yaranması cəmiyyətin inkişafı, cəmiyyət daxilində baş verən proseslər, bu proseslərin nə yöndə davam etməsi və cəmiyyətin üzvləri olan insanların bu və ya digər hadisəyə münasibət bildirməsi ilə çox sıx bağlıdır. Ətraf mühitdə baş verənlər yalnız insan şüuruna, təfəkkürünə təsir etmir, eləcə də insanın dilinə böyük təsir göstərir. İnsanların dünyagörüşü genişləndikcə, fərqli hadisələrə münasibəti dəyişdikcə, insanlar fikirlərini daha dəqiq və daha dolğun ifadə etməsi üçün yeni leksik vahidlərə ehtiyac duyur. Terminlərin leksik-semantik xüsusiyyətlərinin təhlili göstərir ki, bu əlaqələr sistemlər daxilində və sistemlər arasında ola bilər. Beləliklə, sistem daxilində olan əlaqələrin analizi göstərir ki, bu cür əlaqələr olan zaman eyni terminin eyni terminoloji sistemin daxilində çoxmənalı olması izlənilir. Sistemlərarası olan semantik əlaqələrdə terminlər filoloji terminologiya sahəsində anlayışları adlandırması üçün terminli işarələr kimi çıxış edir. Sistemlərarası fəaliyyət göstərən çoxmənalı terminin mənası terminoloji söz birləşməsinin tərkib hissəsində izlənilir və burada termin invariantın semantik nüvəsi kimi çıxış edir. Apardığımız araşdırmalar bunu göstərir ki, sistemlərarası olan əlaqələr həm terminin çoxmənalılığını, həm də terminlərin omonimiyasını yaradır. Bir çox dilçilər terminlərin qəti şəkildə çoxmənalı olmamalarını və hər bir terminin olduğu mühitdən, yəni mətndən mənasının asılı olmadığını vurğulasa da, digər qrup alimlər terminlər arasında mövcud olan omonimliyi xoşagəlməz hal kimi qiymətləndirsə də, bu halın mövcudluğunu rədd etmir. Deməli, Azərbaycan və ingilis dillərinin termin yaradıcılığında leksik-semantik üsul çox geniş tətbiq olunur. Leksik-semantik üsullar vasitəsilə terminlərin semantik, yəni məna yükü artır və genişlənərək yeni mənayla yeni termin yaranır. Leksik-semantik üsul vasitəsilə yaranan terminlərə heç bir şəkilçi əlavə olunmur və ya ingilis dilində mövcud olan prefikslərin sözün əvvəlinə tətbiqi ilə yaranmır. Beləliklə, leksik-semantik üsullar kimi növbəti üsulları qeyd etmək olar: kalka və ya kalka etmə üsulu, abbreviaturalar, ümumişlək sözlərin öz mühitindən götürülərək terminə çevrilməsi, terminləşmə, iki terminin birləşməsi nəticəsində yaranan mürəkkəb terminlər, konversiya üsulu ilə yaranan yeni terminlər və s.
No takes yet. Share an insight, caveat, or question.
A.H. Turabova (2020) studied this question.
Synapse has enriched 5 closely related papers on similar clinical questions. Consider them for comparative context: