Məqalə vaxtından əvvəl doğulmuş uşaqlarda bronx-ağciyər displaziyasının formalaşmasında damar endotelial böyümə faktorunun roluna həsr olunmuşdur. Damar endotelial böyümə faktorunun(DEBF)-angiogenezin tənzimlənməsi və induksiyasında mühüm rol oynayır. Tədqiqatın nəticəsi göstərir ki, erkən yaşlı uşaqlarda BAD-ın inkişafında çoxsaylı premorbid və komorbid faktorlar iştirak edir.Bu faktorlar içərisində ağciyər toxumasının morfofunksional yetişməməsi, uzunmüddətli ASV və pnevmoniya mühüm rol oynayır. DEBF-nin sintezinin artması bronx-ağciyər sistemində ağciyər damarlarının intima qişasında hiperplastik və fibrotik proseslərin formalaşmasına və qabarıq mikrosirkulyator pozulmalara təkan verir. DEBF-nin neonatal dövrdə qan zərdabında yüksək konsentrasiyası BAD-ın erkən diaqnostikası və gedişinin proqnozlaşdırılması üçün vacib biomarker hesab edilə bilər.
No takes yet. Share an insight, caveat, or question.
Z.Ş. Mürsəlova (2018) studied this question.
Synapse has enriched 5 closely related papers on similar clinical questions. Consider them for comparative context: