Mukovissidoz (MV) müasir uşaq pulmonologiyasının ciddi problemlərindəndir. Xəstəliyin proqnozu əhəmiyyətli dərəcədə bronx-ağciyər sisteminin zədələnmə dərəcəsindən asılıdır. Bu səbəbdən terapevtik taktikanın optimallaşdırılması, yeni effektiv müalicə üsullarının axtarışı MV xəstələrin nəzarətində əsas strategiyanı təyin edir. Patoloji prosesin inkişafında əhəmiyyətli rol oynayan hemostatik pozğunluqlar, mikrosirkulyator, tromboembolik və hemorragik fəsadlar MV-lu xəstələrdə az tədqiq olunmuşdur. 6 aydan 3 yaşa qədər 24 MV xəstə uşaqlarda kəskin dövrdə hemostazın plazma və trombositar həlqəsində aşkarlanmış dəyişikliklər xəstəliyin ağırlıq dərəcəsindən, bronx-ağciyər prosesinin yayılmasından asılı olmuşdur. Terapevtik tədbirlər siyahısına Ağ naftalan yağının (ANY, lisenziya № 091418) heparinlə birgə (200 mq/kq çəki) ultrasəs inqalyasiyanın tərkibinə daxil edilməsi müsbət klinik nəticəni təmin edir.
No takes yet. Share an insight, caveat, or question.
S.M. Qasımova (2018) studied this question.
Synapse has enriched 5 closely related papers on similar clinical questions. Consider them for comparative context: