Answers are grounded in this paper and cite their sources.
1917-ci il Fevral inqilabından sonra Rusiyada yaranmış siyasi boşluq Şimali Qafqaz xalqlarının milli-siyasi fəallığının artmasına şərait yaratdı. Bu proses nəticəsində Şimali Qafqaz Dağlıları İttifaqı formalaşdı və regionun federativ əsaslarla idarə olunması ideyası irəli sürüldü. İttifaqa Kabarda, Osetiya, İnquşetiya, Qaraçay-Çərkəz və Dağıstan daxil idi. Dağlı xalqlarının siyasi təmsilçiliyini təmin etmək məqsədilə Dağlı Məclisi və Dağlılar İttifaqı Mərkəzi Komitəsi yaradıldı. 1917-ci ilin dekabrında isə Terek-Dağıstan hökuməti təşkil olundu. Dağlılar, kazaklar və bəzi çöl xalqlarının siyasi elitalarını birləşdirən bu hökumət regionda sabit idarəetmə yaratmağı və özünüidarəni təmin etməyi hədəfləyirdi. Dağlı hökuməti beynəlxalq legitimlik qazanmaq məqsədilə xarici siyasi dairələrlə əlaqələr qurmağa çalışırdı. Bununla yanaşı, hökumət daxili siyasi parçalanma, dini və dünyəvi qüvvələr arasında fikir ayrılığı, eləcə də kazaklarla münasibətlərdə yaranan gərginliklərlə qarşılaşdı. Regiondakı mürəkkəb hərbi-siyasi vəziyyət və bolşevik təsirinin güclənməsi hökumətin fəaliyyət imkanlarını məhdudlaşdırdı. Buna baxmayaraq, Dağlı hökumətinin fəaliyyəti 1918-ci ilin mayında Şimali Qafqaz Dağlılar Respublikasının müstəqilliyinin elan olunması üçün mühüm siyasi zəmin yaratdı.
No takes yet. Share an insight, caveat, or question.
Leyla Hasanova (2026) studied this question.
Synapse has enriched 10 related papers. Consider them for comparative context: