This is the authors' abstract. We don't add key points for this paper.
Məqalə futbolla məşğul olan və məşğul olmayan tələbələrdə fiziki yükün kardiorespirator sistemin funksional vəziyyətinə və bu sistemlərin məşq yüklərinə adaptasiyasına təsirinin öyrənilməsinə həsr olunmuşdur. Bu məqsədlə hər iki qrupda fiziki məşqdən əvvəl və sonra (Harvard pillə testi) aşağıdakı göstəricilər tədqiq edilmişdir: ürək döyüntü tezliyi (ÜDT), arterial qan təzyiqi (AQT), sistolik qan təzyiqi (SQT), diastolik qan təzyiqi (DQT), nəbz təzyiqi (NT), ağciyərlərin həyati tutumu (AHT), Harvard pillə testi indeksi (HPTİ), qan dövranının effektivlik əmsalı, dözümlülük əmsalı, elektrokardioqramma (EKQ) və Kredo əmsalı. Əldə olunan nəticələr göstərir ki, futbolla məşğul olan tələbələrdə ürək-damar və tənəffüs sistemlərinin fəaliyyətində və effektivliyində müsbət adaptiv dəyişikliklər müşahidə olunur. Futbolçularda fiziki yüklərə cavab olaraq kardiorespirator sistemdə baş verən fizioloji dəyişikliklər uzunmüddətli adaptasiyaya xasdır. Bundan əlavə, məşqdən sonra futbolla məşğul olan və məşğul olmayan tələbələr arasında tədqiq olunan göstəricilər üzrə əhəmiyyətli fərqlər aşkar edilmişdir. Bu isə göstərir ki, futbolçuların kardiorespirator sistemi qeyri-idmançılarla müqayisədə daha səmərəli fəaliyyət göstərir. Kardiorespirator göstəricilərdə müşahidə olunan dəyişikliklər orqanizmin fiziki yükə adaptasiyasının nəticəsi kimi qiymətləndirilə bilər.
Answers are grounded in this paper and cite their sources.
No takes yet. Share an insight, caveat, or question.
Musayeva et al. (2026) studied this question.