Answers are grounded in this paper and cite their sources.
Dünya miqyasında inteqrasiya və beynəlxalq idman mühitinin genişlənməsi idmançı tələbələr üçün ingilis dilini ünsiyyət səviyyədə mənimsəməyi zəruri etmişdir. Bununla yanaşı, intensiv məşq proqramları, yarışlar və xarici ölkələrə səfərlər onların akademik prosesdə davamlı iştirakını çətinləşdirir. Bu kontekstdə diferensial tədris yanaşması idmançı tələbələrin həm akademik, həm də psixofizioloji xüsusiyyətlərini nəzərə alan effektiv pedaqoji model kimi təqdim edilir. Müasir ali təhsil sistemində ingilis dilinin tədrisi yalnız bu fənnə qoyulan ümumi akademik tələblərin ödənilməsi ilə məhdudlaşmır, eyni zamanda idmançı tələbələrin müəyyən gözləntilərinin də nəzərə alınmasını tələb edir. İdmançı tələbələr xüsusi tədris məsələlərinin tətbiq edilməsini tələb edən tələbə qruplardan biridir. Onların vaxt məhdudiyyəti, fiziki və psixoloji yüklənmələri tədris prosesində ənənəvi yanaşmaların effektivliyini məhdudlaşdıra bilər. İdmançı tələbələrin ingilis dilini öyrənməsi beynəlxalq idman mühiti, xarici məşqçilərlə əməkdaşlıq, peşəkar terminologiyanın mənimsənilməsi və qlobal kommunikasiya baxımından mühüm əhəmiyyət daşıyır. Lakin ənənəvi tədris metodları çox zaman bu tələbə qrupunun fərdi xüsusiyyətlərini, öyrənmə tempini və motivasiya mexanizmlərini kifayət qədər nəzərə almır. Nəticədə, ingilis dilinin tədrisi prosesində praktik nailiyyətlərin azalması və motivasiya problemləri müşahidə oluna bilər. Bu isə ön növbəsində diferensial yanaşmanın tətbiqini zəruri edir. Bu məqalənin məqsədi idmançı tələbələr üçün ingilis dilinin tədrisində diferensial yanaşmanın rolunu nəzəri baxımdan təhlil etmək və bu yanaşmanın tədris prosesinin səmərəliliyinin artırılmasındakı əhəmiyyətini metodiki olaraq əsaslandırmaqdır.
No takes yet. Share an insight, caveat, or question.
S.A. Quliyeva (2026) studied this question.
Synapse has enriched 8 closely related papers on similar clinical questions. Consider them for comparative context: